Formula 1 üzrə dünya çempionatının lideri olan “Red Bull”un holland pilotu Maks Ferstappen xəyali tərəfdaşı haqqında fikirlərini paylaşıb.
Arena.az “Sky Sports”a istinadən məlumat verir ki, Maks bu rolda keçmişdə Formula 1 pilotu olmuş atası Yosu görür:
“Sabiq yürüşçülər də daxil olmaqla, seçə bilsəydim, onda bu, atam olardı. Düşünürəm ki, onun karyerası plana uyğun getməyib. Onun böyük potensialı vardı. O, nəyin səhv getdiyini bilirdi və düzgün istiqamətdə hərəkət etmək üçün gənc yaşlarından özünü doğru insanlarla əhatə etməyin vacibliyini də anlayırdı. Onun mənimlə etdiyi də məhz budur. O, məni karyerasında səhv gedən hər şeydən qorumağa çalışdı. Bu isə mənə Formula 1-ə hazırlaşmağa kömək etdi”, deyə Maks Ferstappen atası haqda fəxrlə bildirib.


