İspaniya çempionu “Barselona”nın polşalı mərkəz hücumçusu Robert Levandovski komandasının oyununu tənqid edib.
Arena.az “Eleven Sports”a istinadən xəbər verir ki, təcrübəli forvard komandasının cari mövsümdəki çıxışı ilə bağlı bunları söyləyib:
“Biz “Barsa”yıq və bizdən yalnız qələbələr deyil, həm də yaxşı hücum oyunu gözləyirlər. Son vaxtlar bu, baş vermir. Əvvəllər belə, olmalı olduğu kimi idi, çünki oyunlarda daha çox şans yaratmaq üçün mübarizə aparırdıq… Meydana Ferran və ya Ansunun daxil olduğunu görəndə, eyni vaxtda iki oyunçu dərhal irəli gedir və beləcə, daha çox məqamlar yaradırıq. Bəzən biz bunu etmirik. Bizim lazımi sayda hücum oyunçularımız yoxdur, hücum dəstəyimiz yoxdur… Buna görə də mən komanda üçün ən yaxşı həll yolunu axtarıram”.
Xatırladaq ki, Levandovski “Barselona”ya ötən ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Polşalı hücumçu Almaniya nəhənginin heyətində 8 mövsüm keçirib.
Cari mövsümdə o, “Barselona”nın heyətində 3 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.


