La Liqa: “Almeriya” evdə, “Vilyarreal” səfərdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kadis” – “Vilyarreal” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər.

Beş qolluq “Almeriya” – “Selta” matçı isə qonaq komandanın qələbəsiylə başa çatıb.

4-cü turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

İspaniya, La Liqa
4-cü tur
1 sentyabr

Kadis – Vilyarreal 3:1
Qollar: Ramos, 18. Maçis, 30-pen; 50 – Sörlot, 10.

Almeriya – Selta 2:3
Qollar: Akieme, 54. Arribas, 68 – Nunyes, 24. Larsen, 33. Svedberq, 87.

2 sentyabr

16:00. Real Sosyedad – Qranada
18:15. Real – Xetafe
20:30. Alaves – Valensiya
23:00. Betis – Rayo Valyekano

3 sentyabr

16:00. Jirona – Las Palmas
18:15. Malyorka – Atletik
20:30. Atletiko – Sevilya
23:00. Osasuna – Barselona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: