Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Şeffild Yunayted” – “Everton” və “Brentford” – “Bornmut” matçlarında qalib müəyyənləşməyib.
Yeddi qolun vurulduğu “Börnli” – “Tottenhem” matçında qonaqlar darmadağına seviniblər. Son çempion “Mançester Siti” isə bu dəfə “Fulhem”i doğma meydanda böyük hesabla məğlub edib. “Brayton” da “Nyukasl”ı darmadağınla yola salıb. “Çelsi” isə “Nottingem Forest”lə ev oyunundan məğlubiyyətlə ayrılıb.
4-cü turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək. Son gündə “Kristal Pelas” “Vulverhempton”u, “Liverpul” “Aston Villa”nı, “Arsenal” isə “Mançester Yunayted”i qəbul edəcək.
İngiltərə, Premyer Liqa
4-cü tur
1 sentyabr
Luton Taun – Vest Hem 1:2
Qollar: Andersen, 90+2 – Bouen, 37-pen – Zuma, 85.
2 sentyabr
Şeffild Yunayted – Everton 2:2
Qollar: Arçer, 33. Pikford, 45+3-öz qapısına – Dukure, 14. Danjuma, 55.
Brentford – Bornmut 2:2
Qollar: Yensen, 7. Mbeumo, 90+3 – Solanke, 30. Bruks, 77.
Börnli – Tottenhem 2:5
Qollar: Foster, 4. Braunhill, 90+4 – Son, 16; 63; 66. Romero, 45+2. Meddison, 54.
Çelsi – Nottingem Forest 0:1
Qol: Elanqa, 48.
Mançester Siti – Fulhem 5:1
Qollar: X.Alvares, 31. Ake, 45+5. Haland, 58; 70-pen; 90+5 – Rim, 33.
Brayton – Nyukasl 3:1
Qollar: Ferquson, 27; 65; 70 – Uilson, 90+2.
3 sentyabr
17:00. Kristal Pelas – Vulverhempton
17:00. Liverpul – Aston Villa
19:30. Arsenal – Mançester Yunayted


