La Liqa: “Real”dan “Xetafe” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

8 qolun qeydə alındığı “Real Sosyedad” – “Qranada” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər.

Madrid “Real”ı bu turda “Xetafe” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb. “Alaves” doğma meydanda “Valensiya”ya, “Betis” isə “Rayo Valyekano”ya minimal hesabla qalib gəlib.

4-cü turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

İspaniya, La Liqa
4-cü tur
1 sentyabr

Kadis – Vilyarreal 3:1
Qollar: Ramos, 18. Maçis, 30-pen; 50 – Sörlot, 10.

Almeriya – Selta 2:3
Qollar: Akieme, 54. Arribas, 68 – Nunyes, 24. Larsen, 33. Svedberq, 87.

2 sentyabr

Real Sosyedad – Qranada 5:3
Qollar: Kubo, 9; 44. Zubimendi, 59. Barreneçea, 67. Boş, 76-öz qapısına – Le Normand, 35-öz qapısına. Boye, 83. Saraqosa, 90+9.

Real – Xetafe 2:1
Qollar: Xoselu, 47. Bellingem, 90+5 – Mayoral, 11.

Alaves – Valensiya 1:0
Qol: C.Özkaçar, 6-öz qapısına.

Betis – Rayo Valyekano 1:0
Qol: V.Xose, 53.

3 sentyabr

16:00. Jirona – Las Palmas
18:15. Malyorka – Atletik
20:30. Atletiko – Sevilya
23:00. Osasuna – Barselona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: