Rus qrosmeyster fransız həmkarını yeddinci gedişdə məğlub etdi

Rus qrosmeyster Dmitri Andreykin fransız həmkarı Etyen Bakronu cəmi yeddinci gedişdə məğlub edib. Arena.az məlumat verir ki, gözlənilməz partiya “Champions Chess Tour” turnirinin üçüncü divizionu çərçivəsində oynanılıb.

Bu onlayn turnir “Chess.com” platformasında hər partiya üçün 15 dəqiqə vaxt məhdudiyyəti və hər gediş üçün üç saniyə vaxt əlavəsi qaydaları üzrə keçirilir.

Qara fiqurlarla oynayan Etyen Bakro, kompüterin ağların xeyrinə +3,4 göstəricisi ilə qiymətləndirdiyi mövqedə məğlub olduğunu elan edib. Buna rəğmən, fransız qrosmeysterin məğlubiyyəti tələskənlik kimi də qiymətləndirilə bilər. Belə ki, müvafiq vaxt məhdudiyyəti qaydası ilə oynanılan partiyalrda şahmatçılar daha əhəmiyyətli üstünlüklə belə, tez-tez səhvlər edirlər.

Bu turnirin birinci divizionunun finalında 16-cı dünya çempionu, norveçli qrosmeyster Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində beşinci pillədə qərarlaşan Fransa təmsilçisi, əslən iranlı qrosmeyster Əlirza Firuzca ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: