“Qarabağ” üçün son 12 mövsümün ən uğursuz startı

Ötən mövsümü Azərbaycan çempionu kimi başa vurmuş “Qarabağ” Premyer Liqanın 2023/2024 mövsümündə qeyri-sabitliyi ilə seçilir.

Arena.az xəbər verir ki, Ağdam klubu geridə qalan 5 tur ərzində 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb.

Bununla da sözügedən klub son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb. Son çempion 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanıb. Qurban Qurbanovun yetirmələri son olaraq ötən gün 5-ci tur çərçivəsində “Səbail”ə 1:2 hesabı ilə uduzub.

“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığmışdılar. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.

Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: