Formula 1 üzrə dünya çempionatının cari lideri olan “Red Bull”un müşaviri Helmut Marko sosial şəbəkərlədə tənqid hədəfinə çevrilib.
Arena.az xəbər verir ki, Helmut Marko İtaliya qran-prisi zamanı efirdə meksikalı pilot Serxio Peresin “cənubiamerikan” olduğu üçün diqqətini cəmləməkdə problem yaşadığını səsləndirib:
“Aydındır ki, Peresin ən yaxşı həftə sonlarından biridir. Biz onun qeyri-sabit olduğu təsnifatda problemlərindən xəbərdarıq. O, cənubiamerikandır və onun başı Maks* və ya Sebastyan* (*redaktorun qeydi) qədər diqqət mərkəzində deyil. Amma yürüşlər onun güclü tərəfidir və onun çox yaxşı karyerası olub. Üç pilotu, Rassell və “Ferrari”nin pilotlarını ötmək asan deyil, onların düz yollarda daha sürətli olduğunu anlayırdıq. Hər şey düzgün edildi və indi qarşıdan Çekonun daha əvvəl qazandığı və ona uyğun olan Sinqapurdakı yürüş gəlir. Biz nikbin köklənmişik”, – Helmut “ServusTV”-nin efirində deyib.
Hələlik bu biabırçılıqla bağlı rəsmi açıqlama verilməyib.


