“Kəpəz” “Zaqatala” ilə yoxlama oyunu keçirəcək

“Kəpəz” milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə dönəmində yoxlama matçında qüvvəsini sınayacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sınaq matçında rəqib Birinci Liqa təmsilçisi “Zaqatala” olacaq.

Bu komandalar arasında görüş sentyabrın 8-də Gəncə şəhər stadionunda keçiriləcək. Oyuna saat 17:00-da start veriləcək.

Xatırladaq ki, “Kəpəz” Premyer Liqada fasiləyə 5 oyunda topladığı 4 xalla 9-cu pillədə yollanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: