2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 6-cı tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup (B, E, G və H qrupları) üzrə 9 qarşılaşma baş tutub.
B qrupunda İrlandiya yığması Niderlandı, Yunanıstan isə Cəbəllüttariqi sınağa çəkib. Hollandlar səfərdə əzmkar qələbəyə, yunanlar isə evdə darmadağına seviniblər.
E qrupunsa Farer adaları Moldova yığmasını, Albaniya isə Polşa millisini qəbul edəcək. Moldova tək qolla qalib gəlibsə, Polşa yığması albanlara məğlub olub.
G qrupunda Monteneqro – Bolqarıstan və Litva – Serbiya oyunları baş tutub. Bolqarlar səfərdə, litvalılar evdə xalsız qalıblar.
H qrupunda Qazaxıstan yığması Şimali İrlandiyanı minimal hesabla məğlub edib. Finlandiya evdə Danimarkaya, San Marino isə Sloveniyaya uduzub.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 6-cı tur
10 sentyabr
B qrupu
İrlandiya – Niderland 1:2
Qollar: İdah, 5-pen – Qakpo, 19-pen. Veqhorst, 56.
Yunanıstan – Cəbəllüttariq 5:0
Qollar: Pelkas, 9. Mavropanos, 23; 83. Masuras, 70; 90+1.
Xal: Fransa – 15. Niderland – 9. Yunanıstan – 9. İrlandiya – 3. Cəbəllüttariq – 0.
E qrupu
Farer adaları – Moldova 0:1
Qol: Rata, 53.
Albaniya – Polşa 2:0
Qollar: Asani, 37. Daku, 62.
Xal: Albaniya – 10. Çexiya – 8. Moldova – 8. Polşa – 6. Farer adaları – 1.
G qrupu
Monteneqro – Bolqarıstan 2:1
Qollar: Saviç, 45+1. Yovetiç, 90+7 – Borukov, 79.
Litva – Serbiya 1:3
Qollar: Paulauskas, 45 – Mitroviç, 21; 32; 43.
Xal: Macarıstan – 10. Serbiya – 10. Monteneqro – 8. Litva – 2. Bolqarıstan – 2.
H qrupu
Qazaxıstan – Şimali İrlandiya 1:0
Qol: Samorodov, 27.
Finlandiya – Danimarka 0:1
Qol: Hoybyerq, 86.
San Marino – Sloveniya 0:4
Qollar: Vipotnik, 4. Mlakar, 16. Lovriç, 61. Karniçnik, 67.
Xal: Sloveniya – 13. Danimarka – 13. Finlandiya – 12. Qazaxıstan – 12. Şimali İrlandiya – 3. San Marino – 0.


