AÇ-2024: Portuqaliyadan 9 cavabsız qol, Xorvatiyadan qələbə

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində 6-cı turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qrup (D və J qrupları) üzrə 5 qarşılaşma baş tutub.

D qrupunda Xorvatiya səfərdə Ermənistanla, Uels isə Latviya ilə qarşılaşıb. Hər iki oyunda qonaqlar qalib gəliblər. Xorvatiya yığması buna tək, britaniyalılar isə 2 cavabsız qolla nail olublar.

J qrupunun favoriti Portuqaliya bu dəfə Lüksemburqla üz-üzə gəlib. Cəzalı Kristiano Ronaldonun yoxluğunda komanda yoldaşları 9 cavabsız qola seviniblər.

Qrupun digər matçlarında İslandiya Bosniya və Herseqovinanı sınağa çəkibsə, Slovakiya da Lixtenşteynlə münasibətlərinə aydınlıq gətirib. Bu oyunlarda da meydan sahibləri qələbə qazanıblar.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 6-cı tur
11 sentyabr

D qrupu

Ermənistan – Xorvatiya 0:1
Qol: Kramariç, 13.

Latviya – Uels 0:2
Qol: Remsi, 29-pen. Bruks, 90+6.

Xal: Xorvatiya – 10. Türkiyə – 10. Ermənistan – 7. Uels – 7. Latviya – 0.

J qrupu

İslandiya – Bosniya və Herseqovina 1:0
Qol: Finnboqason, 90+2.

Portuqaliya – Lüksemburq 9:0
Qollar: İnasio, 12; 45+4. Q.Ramos, 18; 34. D.Jota, 57; 77. R.Horta, 67. B.Fernandes, 83. J.Feliks, 88.

Slovakiya – Lixtenşteyn 3:0
Qollar: Hançko, 1. Duda, 3. Mak, 6.

Xal: Portuqaliya – 18. Slovakiya – 13. Lüksemburq – 10. Bosniya və Herseqovina – 6. İslandiya – 6. Lixtenşteyn – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: