“Meresedes”: “Formula 1 qaydaları bizi dayandırmaq üçün dəyişib”

Formula 1-də mübarizə aparan “Mersedes-Bents”in avtoidman şöbəsinin icraçı direktoru Toto Volff iddialı açıqlaması diqqət çəkib.

Arena.az “Racingnews365” dərgisinə istinadən məlumat verir ki, Toto Volff Formula 1-in keçmişdə reqlamentdə dəyişiklər etməsini “Mersedes”in üstünlüyünü dayandırmaq üçün atılan addım hesab edir:

“Yəqin ki, bir çox səbəblərə görə biz 2021-ci il çempionatında məğlub olduq. Onlardan biri final yarışı idi, amma biz bunu da sahib olduğumuz üstünlüyümüzü azaltmaq üçün reqlament dəyişdirildiyi üçün itirdik.

2020 mövsümü bizim üçün superüstün bir mövsüm oldu. Fikrimcə, bu, indiyə qədər malik olduğumuz ən yaxşı maşın idi. Mövsümün sonuna yaxın onlar qaydaları dəyişdilər və bu, bizi dayandırmalı idi. Nəticələri 2021-ci ildə görə bilərdiniz. Biz “Red Bull” kimi rəqabətqadir deyildik, lakin Silverstounda biz bolidin potensialını açıb çempionata qayıtdıq. Amma öz zamanında bu qaydalar açıq şəkildə qüvvələr tarazlığını dəyişməyə yönəlmişdi”.

Xatırladaq ki, cari mövsümdə “Mersedes” lider “Red Bull”dan 310 xal geri qalır və ən yaxın izləyiciləri “Ferrari” və “Aston Martin”i müvafiq olaraq 45 və 56 xal qabaqlayaraq 2-ci yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: