AÇ-2024: İspaniya 6, Belçika 5, Avstriya 3, İtaliya 2 qolla sevindi

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 6-cı tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qrup (A, C, F və İ qrupları) üzrə 9 qarşılaşma baş tutub.

A qrupunda İspaniya yığması xala həsrət olan Kiprlə üz-üzə gəlib və 6 cavabsız qola sevinib. Norveç yığması da Gürcüstan seçməsi ilə ev oyunundan qələbə ilə ayrılıb.

C qrupunda uğursuz çıxışı ilə diqqət çəkən İtaliya millisi bu dəfə Ukrayna yığmasını qəbul edib. İtalyanlar bu oyundan çətin qələbə ilə ayrılıblar. Qrupun digər oyununda Malta və Şimali Makedoniya yığmaları qarşılaşıblar. Bu qarşılaşma isə qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Azərbaycan millisinin də yer aldığı F qrupunda bir neçə gün öncə Bakıda 1:0 hesablı qələbəyə sevinmiş Belçika yığması Estoniyanı sınağa çəkib. Belçikalılar bu oyunda 5 cavabsız qolla qalib gəliblər. Qrupun digər matçı İsveç və Avstriya yığmaları arasında baş tutub. Bu oyunda da avstriyalılar inamlı qələbə qazanıblar.

İ qrupunda isə İsrail Belarusu, Rumıniya Kosovonu, İsveçrə də Andorranı qəbul edib. Hər üç oyunda meydan sahibləri qələbəyə seviniblər.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 6-cı tur
12 sentyabr

A qrupu

İspaniya – Kipr 6:0
Qollar: Qavi, 18. Merino, 33. Xoselu, 70. F.Torres, 73; 83. Baena, 77.

Norveç – Gürcüstan 2:1
Qollar: Haland, 25. Edeqor, 33 – Zivzivadze, 90+1.

Xal: Şotlandiya – 15. İspaniya – 9. Norveç – 7. Gürcüstan – 4. Kipr – 0.

C qrupu

İtaliya – Ukrayna 2:1
Qollar: Frattezi, 12; 29 – Yarmolenko, 41.

Malta – Şimali Makedoniya 0:2
Qollar: Elmas, 5. Manev, 41.

Xal: İngiltərə – 13. İtaliya – 7. Ukrayna – 7. Şimali Makedoniya – 7. Malta – 4.

F qrupu

Belçika – Estoniya 5:0
Qollar: Vertongen, 4. Trossard, 18. Lukaku, 56; 58. De Ketelare, 88.

İsveç – Avstriya 1:3
Qollar: Holm, 90 – Qreqoriç, 53. Arnautoviç, 56; 69.

Xal: Belçika – 13. Avstriya – 13. İsveç – 6. Estoniya – 1. Azərbaycan – 1.

İ qrupu

İsrail – Belarus 1:0
Qol: Kaniçovski, 90+3.

Rumıniya – Kosovo 2:0
Qollar: Stançu, 83. Mihaila, 90+3.

İsveçrə – Andorra 3:0
Qollar: İtten, 49. Caka, 84. Şakiri, 90+3-pen.

Xal: İsveçrə – 14. Rumıniya – 12. İsrail – 11. Belarus – 4. Kosovo – 4. Andorra – 2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: