“Fernando Alonso təqdim edildiyi qədər də yaxşı deyil”

Formula 1 üzrə 1979-cu il dünya çempionu, cənubiafrikalı Codi Şekter “Aston Martin”in ispan pilotu Fernando Alonso haqda danışıb.

Arena.az “Stats Perform” dərgisinə istinadən məlumat verir ki, Şekter ikiqat dünya çempionu Alonsonun həddindən artıq yüksək qiymətləndirildiyini hesab edir:

“Fernando çox, çox yaxşıdır. Karyerasının ilkin mərhələsində onun etdiyi bəzi şeyləri bəyənmirdim. Düzünü desəm, bu şeylər çox xoşuma gəlmirdi. Amma o, yaxşıdır, onun aqressiv üslubu var. Ancaq bununla belə, bir sıra kütləvi informasiya vasitələrində təqdim edildiyi qədər yaxşı olduğunu düşünmürəm. Baxmayaraq ki, o, öz işini əla yerinə yetirir”, deyə Şekter bildirib.

Xatırladaq ki, Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümünün geridə qalan 14 mərhələsindən sonra Fernando Alonso pilotların turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. İspan pilot cari mövsümdə 7 dəfə podiuma çıxıb: Bəhreyn, Səudiyyə Ərəbistanı, Avstraliya və Mayami qran-prisində 3-cü, Monako, Kanada və Niderlandda isə 2-ci yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: