Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Bornmut” – “Çelsi” matçında qapılara qol vurulmayıb. Səfərdə “Everton”la qarşılaşan “Arsenal” isə bir qolla 3 xal əldə edib.
5-ci tura sabah keçiriləcək “Nottingem Forest” – “Börnli” matçı ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
5-ci tur
16 sentyabr
Vulverhempton – Liverpul 1:3
Qollar: Hvanq, 7 – Qakpo, 55. Robertson, 85. Bueno, 90+1-öz qapısına.
Aston Villa – Kristal Pelas 3:0
Qollar: Duran, 87. D.Luis, 90+8-pen. Beyli, 90+11.
Fulhem – Luton Taun 1:0
Qol: K.Vinisius, 65.
Mançester Yunayted – Brayton 1:3
Qollar: Meybri, 73 – Uelbek, 20. Qross, 53. J.Pedro, 71.
Tottenhem – Şeffild Yunayted 2:1
Qollar: Riçarlison, 90+8. Kuluşevski, 90+10 – Hamer, 73.
Vest Hem – Mançester Siti 1:3
Qollar: Uord-Prouz, 36 – Doku, 46. B.Silva, 76. Haland, 86.
Nyukasl – Brentford 1:0
Qol: K.Uilson, 64-pen.
17 sentyabr
Bornmut – Çelsi 0:0
Everton – Arsenal 0:1
Qol: Trossard, 69.
18 sentyabr
22:45. Nottingem Forest – Börnli


