Maks Ferstappen rekordunun qırılmasına münasibət bildirdi

Formula 1-in Sinqapur qran-prisində podiumdan kənarda qalmış “Red Bull”un holland pilotu Maks Festappen uğursuzluğuna şərh verib.

Arena.az bu barədə “RaceFans” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Ferstappen Formula 1-in Sinqapur qran-prisində 5-ci yeri tutub.

Nəticədə o, ardıcıl 10 yürüşdə əldə etdiyi qələbə silsiləsinə son vermiş olub.

“Bu günün gələcəyini bilirdim, odur ki, tamamilə yaxşıyam. Qələbələrin davamı üçün hər şey mükəmməl getməlidir. Hamı həmişə deyir: “Gör bir, onlar necə də üstündürlər, görün bir, hər şey necə asandır”. Amma asan deyil! Hamısı həmişə düzgün edilməli olan külli-təfərrüatdan asılıdır. Və güman ki, bu həftəsonu biz bəzi şeyləri düzgün edə bilmədik. Əgər sən qovub özünüzü yetirən qismində qalırsansa, o zaman qalib gəlmirsən”, deyə Ferstappen vurğulayıb.

Sinqapur qran-prisi “Ferrari” komandasının ispan pilotu Karlos Saynsın qələbəsiylə yekunlaşıb. “Maklaren”in britaniyalı pilotu Lando Norris finiş xəttini ikinci keçib. İlk üçlüyü “Mersedes”in britaniyalı pilotu, yeddiqat dünya çempionu Luis Hamilton tamamlayıb.

Sinqapurdakı uğursuzluğa baxmayaraq, Maks Ferstappen 374 xalla birinci pillədə qərarlaşıb. Onun komanda yoldaşı Serxio Peres isə 223 xalla ikincidir. İlk üçlüyü 180 xala malik Luis Hamilton (“Mersedes”) qapayır.

Mühəndislər Kubokunda “Red Bull” 597 xalla zirvədə qərarlaşıb. Xal hesabını 289-a çatdıran “Mersedes” 2-ci pillədə qalıb. “Ferrari” isə 265 xalla 3-cü yerdədir.

Formula 1 üzrə dünya çempionatının 2023 mövsümünün növbəti qran-prisi sentyabrın 24-də Yaponiyada keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: