UEFA prezidenti Aleksandr Çeferin müasir futbolun “Səudiyyə Ərəbistanı əhvalatı” ilə bağlı düşüncələrini bölüşüb.
Arena.az serb nəşri “Sportklub”a istinadən məlumat verir ki, Çeferin güclü futbolçuların Avropanın aparıcı klublarından Səudiyyə Ərəbistanına kütləvi şəkildə getməsi ənənəsinin uzun sürməyəcəyini hesab edir:
“Fikrimcə, Səudiyyə Ərəbistanı ilə bağlı hekayə nisbətən qısa olacaq. Dəfələrlə demişəm ki, bu, futbolun inkişafına yanlış yanaşmadır. Avropada demək olar ki karyerasını başa vurmuş oyunçuları gətirməklə, siz sadəcə olaraq futbolu inkişaf etdirmirsiniz. Çin eyni şeyi bir neçə il əvvəl etmişdi, amma onların yığması hələ də çünya çempionatının təsnifatını keçə bilməyib. Ona görə də mən fəaliyyətimizdə Səudiyyə Ərəbistanına əhəmiyyət vermirəm.
Hansısa mənada, Çinlə müqayisədə həqiqətən fərqli bir səviyyədən danışa bilərik, ən azı oyunçulara gəldikdə. Bununla belə, pul məbləğləri çox da fərqli deyil. Çox böyük futbolçu olan Karlos Tevezin Çində artıq 100 milyon dollarlıq müqaviləsi vardı. Bu gün rəqəmlər yəqin ki, bir az daha yüksəkdir, lakin mən Erlinq Haland və Kilian Mbappe kimi gənc məşhurların Səudiyyə Ərəbistanına səyahətdə maraqlı olduğunu görmürəm”, deyə UEFA prezidenti bu mənzərədən xeyli arxayın danışıb.


