Formula 1: Ferstappendən 13-cü qələbə!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 16-cı qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Yaponiyada təşkil olunub.

Yaponiya qran-prisi ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 53 dövrəlik yarışı 1:30:58.421 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 13-cü qələbəsidir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan, Belçika, Niderland və İtaliya qran-prilərinin də qalibi olmuşdu.

“Maklaren”in britaniyalı pilotu Lando Norris finiş xəttini ikinci keçib. İlk üçlüyü “Maklaren”in digər pilotu Oskar Piastri tamamlayıb.

Beləliklə, bu mövsüm geridə qalan 16 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 400 xalla birinci, Serxio Peres isə 223 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 190 xala malik Luis Hamilton (“Mersedes”) qapayır.

Mühəndislər Kubokunda da “Red Bull” 623 xalla zirvədə qərarlaşıb. Xal hesabını 305-ə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Ferrari” isə 285 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Qətərdə keçiriləcək. Sözügedən yarış oktyabrın 8-də baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 400
  2. Serxio Peres (Red Bull) – 223
  3. Luis Hamilton (Mersedes) – 190
  4. Fernando Alonso (Aston Martin) – 174
  5. Karlos Sayns (Ferrari) – 150
  6. Şarl Lekler (Ferrari) – 135
  7. Lando Norris (Maklaren) – 115
  8. Corc Rassell (Mersedes) – 115
  9. Oskar Piastri (Maklaren) – 57
  10. Lens Stroll (Aston Martin) – 47
  11. Pyer Qasli (Alpine-Reno) – 46
  12. Esteban Okon (Alpine-Reno) – 38
  13. Aleksander Albon (Uilyams) – 21
  14. Niko Hulkenberq (Haas) – 9
  15. Valtteri Bottas (Alfa Romeo) – 6
  16. Jou Quanyu (Alfa Romeo) – 4
  17. Yuki Tsunoda (Alfa Tauri) – 3
  18. Kevin Maqnussen (Haas) – 3
  19. Liam Louson (Alfa Tauri) – 2
  20. Loqan Sarcent (Uilyams) – 0
  21. Nik De Vris (Alfa Tauri) – 0
  22. Daniel Rikkardo (Alfa Tauri) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 623
  2. Mersedes – 305
  3. Ferrari – 285
  4. Aston Martin – 221
  5. Maklaren – 172
  6. Alpin-Reno – 84
  7. Uilyams – 21
  8. Haas – 12
  9. Alfa Romeo – 10
  10. Alfa Tauri – 5
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: