Premyer Liqa: “Səbail” qalib gəldi, ikinci pilləyə yüksəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün sonuncu matçı “Səbail”lə “Araz-Naxçıvan” arasında baş tutub.

Eyni xala (10) malik komandaların duelinə maraq böyük idi. Belə ki, qalib gələn tərəf turnir cədvəlində ikinci pilləyə yüksələcəkdi. Qarşılaşma meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb. Nəticədə, “dənizçilər” lider “Zirə”nin əsas izləyicisinə çevriliblər.

Daha öncə “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” matçlarında (2:2) heç-heçə qeydə alınmışdı. Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
7-ci tur
24 sentyabr

“Səbail” – “Araz-Naxçıvan” 1:0
Qol: Pedro Nuno, 45+2-pen.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
Bakı. “ASCO Arena”, 19:30.

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 23. Nuno Rodriqes.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: