Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də beş qarşılaşma baş tutub.
“Arsenal” doğma meydanda “Tottenhem”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı London derbisində qalib müəyyənləşməyib.
“Liverpul” doğma meydanda “Vest Hem” üzərində inamlı qələbəyə sevinib. “Çelsi” isə “Aston Villa” ilə ev oyununda minimal hesabla məğlub olub.
“Brayton” “Bornmut”la ev oyunundan inamlı qələbə ilə ayrılıbsa, “Nyukasl” da səfərdə “Şeffild Yunayted”ə 8 cavabsız qolla qalib gəlib.
Beləliklə, 6 turdan sonra maksimum nəticə ilə irəliləyən yeganə komanda – “Mançester Siti” vahid liderdir. “Liverpul” 16 xalla ikinci, “Brayton” 15 xalla üçüncü pillədə qərarlaşıb. “Tottenhem”lə “Arsenal”ın 14, “Aston Villa”nın 12, “Vest Hem”in 10, “Nyukasl” və “Mançester Yunayted”in 9, “Kristal Pelas” və “Fulhem”in 8, “Nottingem Forest”in 7, “Brentford”un 6, “Çelsi”nin 5 xalı var.
İngiltərə, Premyer Liqa
6-cı tur
23 sentyabr
Kristal Pelas – Fulhem 0:0
Luton Taun – Vulverhempton 1:1
Qollar: Morris, 65-pen – Neto, 50.
Mançester Siti – Nottingem Forest 2:0
Qollar: Foden, 7. Haland, 14.
Brentford – Everton 1:3
Qollar: Yensen, 28 – Dukure, 6. Tarkovski, 67. Levin, 71.
Börnli – Mançester Yunayted 0:1
Qol: B.Fernandes, 45.
24 sentyabr
Arsenal – Tottenhem 2:2
Qollar: K.Romero, 26-öz qapısına. Saka, 54-pen – Son, 42; 55.
Brayton – Bornmut 3:1
Qollar: Kerkez, 45+2-öz qapısına. Mitoma, 46; 77 – Solanke, 25.
Çelsi – Aston Villa 0:1
Qol: Uotkins, 73.
Liverpul – Vest Hem 3:1
Qollar: Salah, 16-pen. Nunes, 60. D.Jota, 85 – Bouen, 42.
Şeffild Yunayted – Nyukasl 0:8
Qollar: Lonqstaff, 21. Born, 31. Botman, 35. Uilson, 56. Qordon, 61. Almiron, 68. Gimaraynş, 73. İsak, 87.


