Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları elə ilk günə təsadüf edib.
Oyunların əksərində sürpriz nəticələr qeydə alınıb. Belə ki, “Everton” evdə debütant “Luton Taun”a, “Mançester Yunayted” isə “Kristal Pelas”a məğlub olub.
Səfərdə “Vulverhempton”la qarşılaşan son çempion “Mançester Siti”nin də qələbə seriyası qırılıb. Xosep Qvardiolanın komandası bu oyundan xalsız ayrılıb. “Liverpul” isə səfərdə “Tottenhem”ə məğlub olub.
“Aston Villa” “Brayton”u, “Nyukasl” “Börnli”ni, “Vest Hem” də “Şeffild Yunayted”i məğlub yola salıb. Səfərdə “Bornmut”la qarşılaşan “Arsenal” isə darmadağına sevinib.
İngiltərə, Premyer Liqa
7-ci tur
30 sentyabr
Aston Villa – Brayton 6:1
Qollar: Uotkins, 14; 21; 65. Estupinan, 26-öz qapısına. Remsi, 85. D.Luis, 90+7 – Fati, 50.
Bornmut – Arsenal 0:4
Qollar: Saka, 17. Edeqor, 44-pen. Haverts, 53-pen. Uayt, 90+3.
Everton – Luton Taun 1:2
Qollar: Levin, 41 – Lokyer, 24. Morris, 31.
Mançester Yunayted – Kristal Pelas 0:1
Qol: Andersen, 25.
Nyukasl – Börnli 2:0
Qollar: Almiron, 14. İsak, 76-pen.
Vest Hem – Şeffild Yunayted 2:0
Qollar: Bouen, 24. Souçek, 37.
Vulverhempton – Mançester Siti 2:1
Qollar: R.Dias, 13-öz qapısına. Hvanq, 66 – X.Alvares, 58.
Tottenhem – Liverpul 2:1
Qollar: Son, 36. Matip, 90+6-öz qapısına – Qakpo, 45+4.
1 oktyabr
17:00. Nottingem Forest – Brentford
2 oktyabr
23:00. Fulhem – Çelsi


