Ev oyununda ardıcıl uğursuzluqlar yaşayan “Kəpəz”in “Qəbəl”yə məlubiyyətindən sonra azarkeşlər klub rəhbərliyini istefaya səslədilər.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qəbələ” ilə ev oyunu meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.
Qarşılaşma bitən kimi gəncəli fanatlar “istefa” şüarları səsləndirməyə başladılar. Onlar həm klub rəhbərliyinin, həm də baş məşqçi Azər Məmmədovun istefasını tələb etdilər. Bundan başqa tirbunaya toplaşan azarkeşlər komandanın keçmiş baş məşqçisi Tərlan Əhmədovun geri qaytarılmasını da tələb etdilər.
Matçdan sonra azarkeşlərin yerli komandanı fitə basması da diqqətdən yayınmadı.
Xatırladaq ki, “Kəpəz” 8 turdan sonra 5 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


