Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağır Atletika Akademiyasının Şüvəlan qəsəbəsindəki yarış zalında gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 5-6 oktyabrda baş tutacaq yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: