Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu oyunu Masazırda baş tutub.
Ötən mövsümün gümüş mükafatçısı, bu mövsümə çox uğursuz başlamış “Sabah” çempionatın sürpriz komandalarından olan “Araz-Naxçıvan”ı qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Xatırladaq ki, turun açılış oyununda “Zirə” “Turan Tovuz”u qəbul edib və 2:1 hesabıyla qalib gəlmişdi. Bu gün baş tutan ilk oyunda isə “Qəbələ” evdə “Səbail”ə uduzmuşdu – 0:1.
“Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” oyunları isə sabah tutacaq.
Premyer Liqa
9-cu tur
7 oktyabr
“Sabah” – “Araz-Naxçıvan” 1:1
Qollar: Anatoli Nuriyev, 82 – İshak Belfodil, 76-öz qapısına.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
“Masazır Arena”, 18:00.
Sabah: 1. Yusif İmanov, 77. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.


