Ötən gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 17-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Qətərdə təşkil olunub.
Qətər qran-prisi də bu mövsüm çempionluğu təmin etmiş “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 57 dövrəlik yarışı 1:27:39.168 göstərici ilə ilk sırada bitirib.
Bu, onun cari mövsümdə 14-cü qələbəsidir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan, Belçika, Niderland, İtaliya və Yaponiya qran-prilərinin də qalibi olmuşdu.
“Maklaren”in üzvü Oskar Piastri Yaponiyadakı yarışda finiş xəttini ikinci keçib. İlk üçlüyü “Maklaren”in digər pilotu Lando Norris tamamlayıb.
Beləliklə, bu mövsüm geridə qalan 17 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 433 xalla birinci, Serxio Peres isə 224 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 194 xala malik Luis Hamilton (“Mersedes”) qapayır.
Mühəndislər Kubokunda da “Red Bull” 657 xalla zirvədə qərarlaşıb. Xal hesabını 326-ya çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Ferrari” isə 298 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Sözügedən yarış oktyabrın 22-də baş tutacaq.
Dünya çempionatı, 2023
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 433
- Serxio Peres (Red Bull) – 224
- Luis Hamilton (Mersedes) – 194
- Fernando Alonso (Aston Martin) – 183
- Karlos Sayns (Ferrari) – 153
- Şarl Lekler (Ferrari) – 145
- Lando Norris (Maklaren) – 136
- Corc Rassell (Mersedes) – 132
- Oskar Piastri (Maklaren) – 83
- Lens Stroll (Aston Martin) – 47
- Pyer Qasli (Alpine-Reno) – 46
- Esteban Okon (Alpine-Reno) – 44
- Aleksander Albon (Uilyams) – 23
- Valtteri Bottas (Alfa Romeo) – 10
- Niko Hulkenberq (Haas) – 9
- Jou Quanyu (Alfa Romeo) – 6
- Yuki Tsunoda (Alfa Tauri) – 3
- Kevin Maqnussen (Haas) – 3
- Liam Louson (Alfa Tauri) – 2
- Loqan Sarcent (Uilyams) – 0
- Nik De Vris (Alfa Tauri) – 0
- Daniel Rikkardo (Alfa Tauri) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 657
- Mersedes – 326
- Ferrari – 298
- Aston Martin – 230
- Maklaren – 219
- Alpin-Reno – 84
- Uilyams – 23
- Haas – 16
- Alfa Romeo – 12
- Alfa Tauri – 5


