Marselino Toral “Sevilya”nı çalışdırmaqdan imtina etdi

Marsel “Olimpik”inin sabiq çalışdırıcısı Marselino Toral “Sevilya” rəhbərliyinin komandanın yeni baş məşqçisi olmaq təklifini rədd edib.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, daha əvvəl ispan klubunun rəhbərliyi ilə 58 yaşlı mütəxəssis arasında görüş baş tutsa da, tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Hazırda “Sevilya” tarazlığını itirmiş komandası üçün yeni baş məşqçi axtarışlarını davam etdirir. Sevilyalıları komandanın baş məşqçi köməkçisi, 36 yaşlı mütəxəssis Fran Riko müvəqqəti olaraq çalışdırır.

Xatırladaq ki, ötən mövsümdə “Sevilya”ya Avropa Kubokunu qazandırmış Xose Luis Mendilibar uğursuz nəticələr mənzərəsində vəzifəsindən azad edilib.

Avropa Kuboku nəhənginin işləri heç də qaydasında deyil. Cari mövsümə uğursuz başlamış komanda oyun böhranından qurtula bilmir. La Liqada keçirdiyi 8 oyundan sonra “Sevilya” 8 xal toplayıb və turnir cədvəlində 14-cü sırada qərarlaşıb. Növbəti turda isə “Sevilya” oktyabrın 22-də çempionatın lideri “Real”ı qonaq edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: