Karlo Ançelotti Parma Universitetində magistr dərəcəsi aldı

İspaniya nəhəngi “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti Parma Universitetində magistr dərəcəsi alıb.

Arena.az bu barədə “Corierre dello Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 64 yaşlı Ançelotti profilaktik və adaptiv hərəki fəaliyyətin elmi-texniki prinsipləri sahəsində futbol nailiyyətləri və şəxsi keyfiyyətlərinə görə magistr dərəcəsinə layiq görülüb.

Karlo Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. Ançelottinin rəhbərliyi altında “Real” İspaniya La Liqasını, İspaniya Kral Kubokunu, İspaniya Super Kubokunu, UEFA Çempionlar Liqasını və FIFA Klub Dünya Kubokunu qazanıb.

Hazırda “Papa Karlo”nun rəhbərliyi altında “qaymaqlılar” 9 turdan sonra 24 xalla La Liqanın turnir cədvəlində liderdirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: