Futbolda VAR-dan standart vəziyyətlərin – penaltilərin və künc zərbələrinin təyini zamanı istifadə edilə bilər.
Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Tottenham” – “Liverpul” oyunundakı (2:1) məlum qalmaqaldan sonra, şəffaflığı təyin etmək üçün hakimlər və VAR arasında danışıqların canlı yayımlanması təklif edilir. Hakimlər bu və ya digər qərarın niyə verildiyini izah etməli olacaqlar.
Xatırladaq ki, Premyer Liqanın “Tottenhem” – “Liverpul” oyununda VAR briqadası ilə oyunun baş hakimi arasında anlaşılmazlıq yaranmışdı. Bu, insan amilindən qaynaqlanmış səhv olaraq qiymətləndirilib. Belə ki, oyunun baş hakimi “qırmızılar”ın hücumçusu Luis Diasın təmiz qolunu hesaba almayıb. VAR briqadaı isə bu məqama müdaxilə edə bilməyib.
Meydandakı hakimlərlə VAR briqadası arasında söhbətlərin canlı yayımı futbol qanunu ilə qadağandır. Amma qanunları dəyişdirmək səlahiyyətinə malik olan Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) direktoru Mark Bullingem qurumun mövzunu müzakirə etdiyini söyləyib.
Oyunun bərpasından sonra oyunun gedişi üçün mühüm əhəmiyyət kəsb edən heç bir hadisə baş vermədikdə, aşkar səhvdən sonra hakimlərə vəziyyəti düzəltmək imkanı verən müvafiq bənd yenilənə bilər.
Bellingem, həmçinin, IFAB-dan künc zərbələri və sərbəst zərbələr kimi qərarlar üzərində qərar vermək üçün, VAR-ın əhatə dairəsini genişləndirməyi nəzərdən keçirməsi xahişindən xəbərdar olduğunu bildirib.
Vurğulayaq ki, oyuna VAR müdaxilələri hazırda qollar, penaltilər, birbaşa qırmızı vərəqələr və səhv eyniləşdirmələrlə məhdudlaşır.


