Yordi Reyna Sadio Mane ilə bağlı xoş xatirələrini paylaşdı

Moskva “Torpedo”sunun perulu hücumçusu Yordi Reyna “Zalsburq”da birlikdə çıxış etdiyi Sadio Maneni xoş sözlərlə xatırlayıb.

Arena.az “Sports.ru” portalına istinadən Reynanın müvafiq xüsusda xatirələrini diqqətinizə çatdırır:

“Mən Maneni yaxşı xatırlayırammı? Əlbəttə. O, yaxşı idi, elə, digərləri də yaxşı idilər. Amma düzbədüz deyil. Messi, Neymar və ya Mbappe kimi deyil. Onlara baxırsan və dərhal hər şeyi başa düşürsən. Bu uşaqlar isə öz üzərində çox çalışırdılar, səy göstərirdilər və daha yaxşı olurdular. Mane ilə hələ də ünsiyyət saxlayırıq. O, mənim dostumdur. “Zalsburq”da eyni otaqda yaşayırdıq. O, həyatda necədir? Sakitləşin, rahatlanın. O, çox mehriban insan və dürüst müsəlmandır.

Biz Avstriya çempionatını qazananda Mane pivə içməyib, spirtli içkidən uzaqlaşdı. Onunla bir otaqda yaşayanda o, həmişə xalçanın üstündə otururdu. Onun niyə belə etdiyini başa düşə bilmirdim. Gecə yuxudan oyandığımı xatırlayıram və Sadio yox idi. O isə, xalçanın üzərində oturub. Mən ona yaxınlaşdım və Sadio: “Gedək yeməyə!”. Məlum oldu ki, o, namaz qılır və oruc tutur, sonra izah etdi: “Narahat olma, müsəlmanlar belə edirlər. Yəqin ki, Peruda belə etmirlər”, Yordi Reyna bildirib.

Xatırladaq ki, Mane cari ilin yay transfer pəncərəsi zamanı, avqustda “Bayern”lə əməkaşlığına xitam verərək, 30 milyon avro müqabilində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Manenin “Əl-Nəsr”lə müaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mane “Əl-Nəsr”in heyətində 12 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mane 2012-ci ilin may ayında debüt etdiyi Seneqal yığmasının heyətində 97 oyuna çıxıb, 36 qol vurub, 21 məhsuldar ötürmə verib. Sadio “Teranqa şirləri” ilə Afrika Millətlər Çempionatının (2022) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı Sadio Maneni 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: