Maqnus Karlsenin şikayəti təmin etdildi, qaydalar dəyişdirildi

“Qatar Masters”in təşkilatçıları norveçli qrosmeyster Maqnus Karlsenin şikayətlərindən sonra yarışın reqlamentinə dəyişikliklər ediblər.

Arena.az məlumat verir ki, turnirin 2-ci turunda qazaxıstanlı qrosmeyster Əlişir Süleymenova 31-ci gedişdə gözlənilmədən məğlub olduqdan sonra, Karlsen mətbuata verdiyi müsahibəsində turnirdə müşahidə etdiyi naqisliklərdən şikayətlənib.

Karlsen oyunların gerçək vaxt rejimində yayımlandığını – yayım zamanı ləngimələrin olmadığını vurğulayıb, həmçinin məğlub olduğu rəqibinin qol saatına təəccüb etdiyini, tamaşaçıların isə oyun zalında smartfonlarla gəzişməsindən narazılığını bildirib. Maqnus bu mənzərənin şahmat fırıldaqçıları üçün münbit şərait olduğunu diqqətə çatdırıb. Dünya reytinqinin lideri bütün bu məqamların fikirlərini cəmləməyə, oyuna köklənməyə mane olduğunu vurğulayıb.

Maqnus Karlsenin müvafiq iradlardan sonra təşkilatçılar tez bir zamanda yarışın reqlamentindəki əskikləri müvafiq qaydalarla aradan qaldırıblar. Beləliklə qaydalar qüvvəyə mindiyi gündən oyunlar 15 dəqiqə gecikmə ilə yayımlanacaq, rəqiblərə saat taxmaq qadağan ediləcək, tamaşaçılar metal detektorla yoxlanılacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: