İngiltərə Premyer Liqasının adı açıqlanmayan ulduz futbolçusu Londonda beşulduzlu oteldə gizli seks məclisi təşkil edib.
Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, məclisə qadın modellər dəvət edilib, otelin girişində onların telefonları götürülüb və həmçinin onlar müəssisəyə daxil olarkən məxfilik müqaviləsi imzalamağa məcbur ediliblər.
“Orada gəlib-gedən qızlar o qədər çox idilər ki, başqalarının otaqlardan çıxmasına qədər biz qarajda gözləməli olduq. Vəhşi mənzərə idi. Onlar bir neçə böyük otağı bağlatdırmışdılar. Təşkilatçılar qızları ora bir-birinin ardınca göndərirdilər. Qızlarla otaqlarda bir neçə Premyer Liqa futbolçusu vardı, bəziləri isə qızlarla birlikdə yataqda uzanmışdılar. Otelin barı pulsuz olduğundan hamı spirtli içkinin təsiri altında idi.
Biz, gələn kimi məxfilik müqaviləsi imzalayıb telefonlarımızı təhvil verməli olduq. Bizə dedilər ki, onlar, heç nəyi çəkib sosial şəbəkələrdə yerləşdirməyimizi istəmirlər. Telefonları yalnız oyunçulara saxlamağa icazə verildi. Nəzarətçilər aşağı düşür, yuxarı yenə qızlar qaldırırdılar və bir saat sonra isə yenilərinin ardınca gəlirdilər. Biz sirri qorumağa and içmişdik. Otelə çatan kimi bizi hava limanının mühafizəsindən keçirmiş kimi axtarırdılar”, deyə seks məclisinin ziyarətçilərindən biri olmuş qadın bildirib.
Vurğulanır ki, şənliyi ötən ilin mayında doğum gününü qeyd etmiş, Premyer Liqanın məşhur oyunçusu təşkil edib.


