“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərləri cavablayıb.
Arena.az AS dərgisinin “Radio Anchio Sport” radiosunun efirinə istinadı əsasında məlumat verir ki, italiyan mütəxəssis Madriddə çox xoşbəxt olduğunu bildirib:
“Şayələr, bunların hamısı şayiədir. İndi mən “Real”da çox xoşbəxtəm”, deyə “Papa Karlo” qısaca bildirib.
Karlo Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. İtalyan mütəxəssis buna qədər “Everton”da işləyirdi. Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.
Hazırda “Papa Karlo”nun rəhbərliyi altında “qaymaqlılar” 9 turdan sonra 24 xalla La Liqanın turnir cədvəlinə başçılıq edirlər.


