“Transfermarkt”: Bellingem ən bahalı yarımmüdafiəçidir

“Transfermarkt” portalı oyunçuların transfer qiymətinə dair yenilənmələr əsasında ən bahalı 10 yarımmüdafiəçinin siyahısını təqdim edib.

Arena.az məlumat verir ki, siyahıya “Real”ın və İngiltərə yığmasının mərkəz yarımmüdafiəçisi Cud Bellingem başçılıq edir.

Dünyanın ən bahalı 10 yarımmüdafiəçisinin siyahısını təqdim edirik:

  1. Cud Bellingem (“Real”, 150 milyon avro);
  2. Camal Musiala (“Bayern”, 110 milyon avro);
  3. Pedri (“Barselona”, 100 milyon avro);
  4. Deklan Rays (“Arsenal”, 100 milyon avro);
  5. Federiko Valverde (“Real”, 100 milyon avro);
  6. Rodriqo Ernandes (“Mançester Siti”, 100 milyon avro);
  7. Qavi (“Barselona”, 90 milyon avro);
  8. Eduardo Kamavinqa (“Real”, 90 milyon avro);
  9. Moyses Kaysedo (“Çelsi”, 90 milyon avro);
  10. Orelyen Tçuameni (“Real”, 90 milyon avro).
Xəbəri sosial şəbəkələrdə paylaş: