Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turunun “Araz-Naxçıvan” – “Qarabağ” matçının baş tutacağı məkan dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Belə ki, “Araz-Naxçıvan” PFL-ə rəsmi müraciət edərək, qadınlar arasında UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 31-də baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda təşkilini xahiş edib.
“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas götürən PFL qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.
Bu matç təqvimdə olduğu kimi, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu olmaqla keçiriləcək. Oktyabrın 30-da baş tutacaq qarşılaşmaya saat 19:00-da start veriləcək.


