Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün son qarşılaşması “Neftçi” ilə “Sabah” arasında baş tutub.
Qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb. “Bayquşlar” qələbəni matçın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə təmin ediblər. Hətta bu qol zamanı yan xətt hakimi ofsayd qərarı versə də, VAR-da uzun çəkən yoxlamalardan sonra qolun qaydalar çərçivəsində vurulduğu təsdiqlənib.
Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Zirə” – “Səbail” matçında qalib müəyyənləşməyib – 2:2. “Turan Tovuz” isə evdə “Kəpəz”ə 4 cavabsız qolla qalib gəlib. Bugünkü “Sumqayıt” – “Qəbələ” matçı da qolsuz bitib. Turan sabah keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.
Premyer Liqa
11-ci tur
29 oktyabr
“Neftçi” – “Sabah” 0:1
Qol: Boyan Letiç, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev.
Bakı. “Neftçi Arena”, 18:30.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Sabah: 1. Yusif İmanov, 77. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov.
Məşqçi: Artur Olenin.


