“Qəbələ” ilə “Olimpiakos” arasındakı oyunların vaxtı bəlli oldu

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının Yunanıstan “Olimpiakos”su ilə oyunlarının vaxtı və yeri müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində məhz Yunanıstan nəhəngi ilə qarşılaşacaq.

Artıq bu komandalar arasındakı oyunların vaxtı və yeri də məlumdur. Bu rəqibə qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. İlk oyuna saat 16:00-da start veriləcək.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində baş tutacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Xatırladaq ki, “Qəbələ” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.

Xəbəri sosial şəbəkələrdə paylaş: