Güləş yığmalarımız Türk Universiadasında çıxış edəcək

Güləş üzrə Azərbaycan yığmaları Qazaxıstanın Türkistan vilayətində keçiriləcək Türkdilli dövlətlərin Universiadasında iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, oyunların proqramında sərbəst və yunan-Roma güləşi yer alıb. Noyabrın 7-də Azərbaycanın U-20 millisi böyük məşqçisi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında bu idmançılarla medal şansını sınayacaq:

Vasif Bağırov (57 kq)
Camal Abbasov (61 kq)
Abdulrəhman İbrahimov (65 kq)
Sabir Cəfərov (70 kq)
Cavidan Əhmədov (74 kq)
Sahib Dadaşov (79 kq)
Fərid Cabbarov (86 kq)
Rəvan Musayev (97 kq)
Aydın Əhmədov (125 kq)

Növbəti gün isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında ub idmançılarımız mübarizə aparacaqlar:

Hüseyn Savadov (55 kq)
Pərviz Dadaşov (60 kq)
Fərid Baxışlı (63 kq)
Fərid Xəlilov (67 kq)
Fizuli Abbasov (72 kq)
Davud Məmmədov (77 kq)
Səid Axundzadə (82 kq)
Cocu Səmədov (87 kq)
Murad Əhmədiyev (97 kq)
Sərxan Məmmədov (130 kq)

Universiadada I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev isə münsiflər heyətində yer alacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: