Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.
Burada “Qəbələ” doğma azarkeşlərinin gözü önündə “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, turun son matçı bu gün “Sabah”la “Zirə” arasında keçiriləcək. Bu oyuna saat 18:30-da start veriləcək.
Turun daha öncə baş tutan oyunlarında “Səbail” “Turan Tovuz”a 2:1, “Qarabağ” “Kəpəz”ə 7:1, “Sumqayıt” isə “Araz-Naxçıvan”a 2:0 hesabıyla qalib gəlib.
Premyer Liqa
12-ci tur
5 noyabr
“Qəbələ” – “Neftçi” 0:2
Qollar: Dieqo Valdes, 60. Rəhman Hacıyev, 90+4.
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Şirmamed Mamedov, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 16:00.
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 25. Aaron Olanare, 99. Ervin Koffi.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.


