Rebekka Uelç – İngiltərə Premyer Liqası tarixində ilk qadın hakim

Hakim Rebekka Uelç İngiltərə Premyer Liqası tarixində kişilərdən ibarət komandaların oyununda iştirak etmiş ilk qadın hakim olub.

Arena.az bu barədə “Bleacher Report” dərgisinə istinadən məlumat verir.

Qadın hakim Premyer Liqanın “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda dördüncü hakim olub. Bununla da o, kişilərdən ibarət komandaların oyununda iştirak etmiş ilk qadın hakim kimi tarixə düşüb.

Rebekka Uelç əvvəllər də kişilərin oyunlarını hakim kimi idarə edib, amma bu oyunlar Çempionşip (1 oyun), Liqa 1 (2 oyun) və Liqa 2 (1 oyun) çərçivəsində olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: