“Milan”ın baş məşqçisi Stefano Pioli komandasının UEFA Çempionlar Liqasında PSJ üzərində qazandığı qələbəni (2:1) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən Piolinin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Oyunçular bütünlüklə qəlbən və bütün gücləri ilə oynadılar. İstədiyimiz bu idi. Möhtəşəm rəqibə qarşı komanda şəklində işləməyi bacardıq.
İndi ixtiyarımızda daha çox oyunçu var və bu, bizim üçün daha yaxşıdır. Komanda yaxşı çalışdı və qələbəyə layiq idi. İndi Dortmund “Borussiya”sına qarşı yaxşı oynamalıyıq”, deyə Stefano Pioli qarşıdakı oyun haqda qayğılandığını bildirib.
Qələbə sayəsində “Milan” xalını 5-ə yüksəldərək 3-cü pillədə qərarlaşıb. PSJ isə liderliyini itirərək 6 xalla 2-ci pilləyə düşüb. Dortmund “Borussiya”sı 7 xalla qrup liderliyini ələ keçirib. Autsayder “Nyukasl”ın isə 4 xalı var.


