“Qranada” kubokdan xaric edilməsinə qarşı şikayət hazırlayır

“Qranada” yol verdiyi qayda pozuntusuna görə cari mövsüm İspaniya Kral Kuboku uğrunda yarışdan xaric edilməsinə qarşı şikayət hazırlayır.

Arena.az bu barədə klubunn rəsmi saytına isrinadən məlumat verir.

Xəbərdə bildirilir ki, klub İspaniya Kral Futbol Federasiyasının (RFEF) intizam hakiminin qərarından apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, “Qranada” əvəzedici komandanın 24 yaşlı qapıçısı Adrian Lopesi turnirin ilk turu çərçivəsində “Arosa” ilə oyunda (3:0) iştirak ərizəsinə salaraq, meydana buraxdığı üçün cari mövsüm Kral Kuboku uğrunda yarışdan kənarlaşdırılıb. “Qranada”nın 3:0 hesabı ilə qalib gəldiyi oyunun nəticəsi ləğv edilərək, “Arosa”ya eyni hesablı texniki qələbə verilib. Üstəlik, qranadalılar 6000 avro məbləğində cərimələniblər.

Yarışların reqlamentində göstərilir ki, kubok oyunlarında iştirak edəcək ehtiyat komanda oyunçularının yaşı 23-dən yuxarı olmamalıdır.

“Qranada” yeganə intizam hakiminin oyunla bağlı qərarında klubun haqqdında söhbət gedən oyuna səhv heyət çıxarması haqda məqamı, həmçinin bu məsələ ilə bağlı digər halları nəzərə alaraq, müəyyən edilmiş müddət ərzində Apellyasiya Komitəsinə müvafiq apellyasiya şikayəti verəcəyini rəsmən bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: