“Qarabağ”, “Neftçi” və “Sabah” dünya reytinqində gerilədilər

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın, eləcə də “Neftçi” və “Sabah”ın dünya reytinqindəki yerləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb. Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-cidir.

“Neftçi” və “Sabah” klubları da geriləyiblər. “Ağ-qaralar” (58,75) 318-ci sıradan 340-a, “bayquşlar” isə (58,5) 302-ci mövqedən 342-ci pilləyə düşüblər.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin “Əl-Əhli” (244) komandası üçüncü yerə yüksəlib.

Sıralamada ilk 20 pillədə qərarlaşmış komandaların siyahısı belədir:

  1. Mançester Siti (İngiltərə) – 296
  2. Real (İspaniya) – 288
  3. Əl-Əhli (Misir) – 244
  4. İnter (İtaliya) – 241
  5. Palmeyras (Braziliya) – 212
  6. Fortaleza (Braziliya) – 211,5
  7. Portu (Portuqaliya) – 207
  8. PSV (Niderland) – 200,5
  9. Fiorentina (İtaliya) – 200
  10. Fluminense (Braziliya) – 199
  11. Flamenqo (Braziliya) – 196
  12. Bayer (Almaniya) – 195
  13. Roma (İtaliya) – 194,5
  14. Barselona (İspaniya) – 194
  15. San Paulo (Braziliya) – 190
  16. Bayern (Almaniya) – 187
  17. Mançester Yunayted (İngiltərə) – 184
  18. Feyenoord (Niderland) – 184
  19. Fənərbaxça (Türkiyə) – 183
  20. İnternasional (Braziliya) – 180
  21. Yuventus (İtaliya) – 178
  22. Leypsiq (Almaniya) – 177
  23. Sportinq (Lissabon, Portuqaliya) – 176
  24. Millonarios (Kolumbiya) – 175,5
  25. Botafoqo (Braziliya) – 174
  26. Sevilya (İspaniya) – 173,5
  27. Libertad (Paraqvay) – 172
  28. Napoli (İtaliya) – 169
  29. Braqa (Portuqaliya) – 168
  30. İndependiente (Kolumbiya) – 167,5
Xəbəri sosial şəbəkələrdə paylaş: