Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması “Neftçi” ilə “Sumqayıt” arasında baş tutub.
Oyun “Neftçi” üçün yaxşı başlayıb. “Ağ-qaralar” ilk hissədə hesabı açmağa da nail olublar. Amma ikinci hissədə əzmkarlıq nümayiş etdirən “Sumqayıt” meydanı qələbə ilə tərk edib.
Bu qələbə sayəsində Sumqayıtın eyniadlı təmsilçisi 6-cı pillədən 3-cü sıraya çıxıb.
Günün digər oyunu “Turan Tovuz”la “Sabah” arasında baş tutacaq. Bu oyuna saat 19:00-da start veriləcək.
Xatırladaq ki, ilk oyun günündə “Araz-Naxçıvan” “Kəpəz”ə məğlub olub – 0:1. “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” matçları sonuncu oyun gününə təsadüf edəcək.
Premyer Liqa
13-cü tur
11 noyabr
“Neftçi” – “Sumqayıt” 1:2
Qollar: Ataa Caber, 35 – Masaki Murata, 56. Roi Kehat, 69.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Bakı. “Neftçi Arena”, 16:30.
Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 16. Lukas Melano, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Baş məşqçi: Adrian Mutu.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 18. Kristian Velinovski.
Baş məşqçi: Samir Abasov.


