Premyer Liqa: “Tottenhem”dən ilk məğlubiyyət, “Arsenal”dan qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 12-ci turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Cari mövsümdə məğlubiyyət tanımayan “Tottenhem” bu dəfə “Vulverhempton”la səfər qarşılaşmasından xalsız ayrılıb. Londonun digər təmsilçisi “Arsenal” isə evdə “Börnli” üzərində inamlı qələbəyə sevinib.

Beş qolun qeydə alındığı “Kristal Pelas” – “Everton” matçı qonaqların qələbəsiylə yekunlaşıb. “Mançester Yunayted” bu dəfə “Luton Taun”la ev oyunundan qalib ayrılıbsa, “Bornmut” da “Nyukasl”ı məğlub yola salıb.

Turun qalan oyunları bazar gününə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
12-ci tur
11 noyabr

Vulverhempton – Tottenhem 2:1
Qollar: Sarabiya, 90+1. Lemina, 90+7 – B.Conson, 3.

Arsenal – Börnli 3:1
Qollar: Trossard, 45+1. Saliba, 57. Zinçenko, 74 – Braunhill, 54.

Kristal Pelas – Everton 2:3
Qollar: Eze, 5-pen. Eduard, 73 – Mikolenko, 1. Dukure, 49. Qeye, 86.

Mançester Yunayted – Luton Taun 1:0
Qol: Lindelöf, 59.

Bornmut – Nyukasl 2:0
Qollar: Solanke, 60; 73.

12 noyabr

18:00. Aston Villa – Fulhem
18:00. Brayton – Şeffild Yunayted
18:00. Liverpul – Brentford
18:00. Vest Hem – Nottingem Forest
20:30. Çelsi – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: