Premyer Liqa: “Çelsi” – “Mançester Siti” matçında 8 qol!

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 12-ci turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də beş qarşılaşma baş tutub.

“Vest Hem” doğma meydanda “Nottingem Forest”ə, “Aston Villa” isə “Fulhem”ə qalib gəlib.

“Liverpul” doğma meydanda “Brentford”u 3 cavabsız qolla üstələyib.

“Brayton” – “Şeffild Yunayted” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun mərkəzi oyununda “Çelsi” doğma meydanda son çempion “Mançester Siti” ilə üz-üzə gəlib. Səkkiz qolun qeydə alındığı bu gərgin və maraqlı matçda qalib müəyyənləşməyib.

Beləliklə, 12 turdan sonra 28 xala malik “Mançester Siti” vahid liderdir. “Liverpul”la “Arsenal” liderdən cəmi 1 xal geri qalırlar. “Tottenhem”in 26, “Aston Villa”nın 25, “Mançester Yunayted”in 21, “Nyukasl”ın 20, “Brayton”un 19, “Vest Hem”in 17, “Çelsi”nin isə 16 xalı var.

İngiltərə, Premyer Liqa
12-ci tur
11 noyabr

Vulverhempton – Tottenhem 2:1
Qollar: Sarabiya, 90+1. Lemina, 90+7 – B.Conson, 3.

Arsenal – Börnli 3:1
Qollar: Trossard, 45+1. Saliba, 57. Zinçenko, 74 – Braunhill, 54.

Kristal Pelas – Everton 2:3
Qollar: Eze, 5-pen. Eduard, 73 – Mikolenko, 1. Dukure, 49. Qeye, 86.

Mançester Yunayted – Luton Taun 1:0
Qol: Lindelöf, 59.

Bornmut – Nyukasl 2:0
Qollar: Solanke, 60; 73.

12 noyabr

Aston Villa – Fulhem 3:1
Qollar: Robinson, 27-öz qapısına. Makqinn, 42. Uotkins, 64 – R.Ximenes, 70.

Brayton – Şeffild Yunayted 1:1
Qollar: Adinqra, 6 – Uebster, 74-öz qapısına.

Liverpul – Brentford 3:0
Qollar: Salah, 39; 62. Jota, 74.

Vest Hem – Nottingem Forest 3:2
Qollar: Paketa, 3. Bouen, 65. Souçek, 88 – Avoniyi, 44. Elanqa, 63.

Çelsi – Mançester Siti 4:4
Qollar: T.Silva, 29. Sterlinq, 37. N.Cekson, 67. Palmer, 90+5-pen – Haland, 25-pen; 47. Akanci, 45+1. Rodri, 86.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: