Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvü Əli Şükürlü gənclər arasında dünya birinciliyində iştirak edəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 15-23 noyabr aralığında Meksikanın Qvadalaxara şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək. 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atletin iştirak edəcəyi turnirə Azərbaycan yığma komandasının cəmi bir üzvü mübarizə aparacaq. Belə ki, ölkəmizi 109 kq çəki dərəcəsində Əli Şükürlü təmsil edəcək.


