Roberto De Zerbi İngiltərədə hakimliyi tənqid etdi

“Brayton”un baş məşqçisi, italyan mütəxəssis Roberto De Zerbi İngiltərə Premyer Liqasında hakimliyi tənqid edib.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Pemyer Liqanın 12-ci turu çərçivəsində “Şeffild Yunayted”lə oyun (1:1) “qağayılar”ın italyan çalıdırıcısının səbr kasasını doldurub:

“Mən dürüst və aydın deyirəm: ingilis hakimlərinin səksən faizini bəyənmirəm. Bu xəbər deyil, onları bəyənmirəm. Xülasə olaraq nə? Davranış… Mənə onların meydandakı davranışı xoş gəlmir.

İngiltərə VAR-ın mövcud olduğu yeganə ölkədir, amma düzgün qərardan əmin deyilsiniz. Başqa ölkələrdə hakimə yüz faiz arxayın olmalısan. İndi mən İngiltərədə işləyirəm və ancaq bu hakimlərdən danışıram. Digər hakimlər haqqında danışsam, düzgün olmazdı”, deyə Roberto De Zerbi bildirib.

Xatırladaq ki, “Brayton” – “Şeffild Yunayted” oyununda “qağayılar”ın yarımmüdafiəçisi Mahmud Daud meydandan qovulub.

Hazırda “Brayton” Premyer Liqanın 12 turundan 19 xalla 8-ci pillədə qərarlaşıb. Premyer Liqaya 28 xalla “Mançester Siti” başçılıq edir.

Vurğulayaq ki, son vaxtlar İngiltərədə futbolunda hakimlik və VAR sisteminin qərarları bağlı naqisliklər mənzərəsində narazılıqların artması müşahidə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: