Barselona məhkəməsi gecə klubunda qadına təcavüz etməkdə təqsirləndirilən Dani Alvesin işi üzrə istintaqı başa çatdırıb.
Arena.az “Footmercato” dərgisinə istinadən məlumat verir ki, Braziliya millisinin sabiq müdafiəçisinə tezliklə hökm oxunacaq.
Tezliklə sınaq mərhələsinin başlamalı olduğu, bundan sonra braziliyalı futbolçu ilə bağlı qərarın veriləcəyi bildirilir. Məhkəmənin bu mərhələsinə hazırlaşmaq üçün ittiham və müdafiə tərəfinə 5 gün vaxt verildiyi vurğulanır. Hər bir tərəf Alvesin araşdırılmasına səbəb olan hadisələrlə bağlı öz rəyini təqdim etməlidir.
Xatırladaq ki, Dani Alves 6 aydan çoxdur ki, Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında “igid qəhrəman” Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlamaqda ittiham edilib.


