Braziliya A Seriyasının 34-cü turu çərçivəsində “Qremio” – “Korintians” oyunu zamanı VAR briqadasının otağına hücum edilib.
Arena.az məlumat verir ki, “Korintians” klubunun direktoru Alessandro Nunyes hakimlikdən narazılığını əsas gətirərək, aqressiv surətdə VAR briqadasının otağına daxil olmağa və hakimlərlə haqq-hesab çəkməyə cəhd edib.
Stadionun təhlükəsizlik içşiləri tərəfindən Nunyesin hücum cəhdinin qarşısı alınıb. Sonra dəli-dolu Nunyes çəkilişə alındığını görüncə, çəkilşi dayandırmaq məqsədilə telefonu çəkilişçidən almağa cəhd göstərib və kamera operatorlarına təpinib.
Nunyes, davranışına oyunun əvvəlində baş hakim Pereyra de Limanın qərarından narazılığını əsas gətirib. Belə ki, Nunyesin fikrincə, hakim oyunun 7-ci dəqiqəsində “Qremio”nun qapısına penalti təyin etməyib. Bir dəqiqə sonra isə “Korintians”ın müdafiəçisi Bruno Mendes sürüşmə fəndi tətbiq etdiyinə görə, kobud oyun səbəbindən sarı vərəqə ilə cəzalandırılıb. Amma hakim VAR-ı da nəzərdən keçirməyə qərar və verib və ardınca futbolçunu meydandan qovub. Həmçinin oyunun 81-ci dəqiqəsində hakim “Qremio”nun futbolçusu Bruno Alvesə birbaşa qırmızı vərəqə göstərib.
Oyun “Korintians”ın qələbəsi ilə başa çatıb. Yeganə qolu 32-ci dəqiqədə hücumçu Anxel Romero vurub.


