Niko Uilyams: “İrqçiliklə bağlı vəziyyət xeyli yaxşılaşıb”

“Atletik Bilbao”nun və İspaniya yığmasının sol vingeri Nikolas Uilyams La Liqa irqçiliklə bağlı vəziyyətin xeyli yaxşılaşdığını bildirib.

Arena.az “Marca” nəşrinə istinadən Niko Uilyamsın bu barədə fikirlərini təqdim edir:

“İrqçiliklə bağlı vəziyyət xeyli yaxşılaşıb. Bu, illər əvvəl olduğu kimi deyil. Bu, irəli gedir. La Liqa sürətli addımlar atır, insanları stadionlardan qovur, özünü tanıdır və bu, kömək etmək üçün çox yaxşı bir yoldur.

İrqçiliyə son qoymaq mümkündürmü? Heç vaxt, ancaq yavaş-yavaş kökünü kəsmək olar. Uşağınıza evdə yaxşı təhsil vermək vacibdir, çünki heç kim irqçi doğulmur. Rənglər arasında fərq qoymurlar, qara, ağ və ya mərakeşli olmasının fərqinə varmırlar. Bu, hörmətdir. Başqa heç nə. Hamımız ən azı, hörmətə layiqik”, deyə Uilyams vurğulayıb.

Niko Uilyams “Atletik Bilbao” futbol akademiyasının yetirməsidir və 2021-ci ilin iyulundan əsas komandada çıxış edir. Nikonun bilbaolularla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Uilyams “Atletik Bilbao”nun heyətində 10 oyuna 1 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

Uilyams 2022-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: